Şirkət haqqında
“2008-2012-ci il Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində AzEduNet şirkəti təhsil sisteminə İKT-nin tətbiqi və inkişafı sahəsində bir sıra işlər həyata keçirib:
- Ölkənin ən iri korporativ şəbəkənin – Azərbaycan Təhsil Şəbəkəsinin – yaradılması;
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində qurulan Məlumat və Resurs Mərkəzinin şəbəkə infrastrukturunun qurulması;
- Ölkənin təhsil müəssisələrində şəbəkə infrastrukturunun qurulması;
- Təhsil Nazirliyinin, Təhsil İdarələrinin və Şöbələrinin, orta, orta ixtisas, ali və digər təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə bir sıra rabitə kanalları ilə (Fiber Optic, xDSL, VSAT, 3G) qoşulması;
- Təhsil müəssisələri üçün texniki dəstək xidmətinin təşkili.
Bu günə qədər AzEduNet şirkəti və Təhsil Nazirliyi arasında imzalanmış müqavilələr əsasında 4300-dən artıq təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub və onlara texniki xidmət göstərilir.
Təhsil müəssisələri üçün texniki dəstək xidmətinin göstərilməsi
Hazırda ölkədə fəaliyyət göstərən 4311-dən artıq təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması təmin edilmişdir və “AzEduNet” şirkəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında mövcud olan müqavilələr çərçivəsində bu müəssisələrə xidmət göstərilir.
AZƏRBAYCAN TƏHSİL ŞƏBƏKƏSİNƏ ÖLKƏ ÜZRƏ
0
TƏHSİL MÜƏSSİSƏSİ QOŞULUB
Sistem inteqrasiyası
Əlaqə
Bakı:
Dilarə Əliyeva küçəsi, Droqal döngəsi 702, Poçt Daşıma Mərkəzi 3-cü mərtəbə
AZ1010
Telefon: (+994 12) 599-12-00
Faks: (+994 12) 596-37-42
E-mail: office@azedunet.az
Veb: www.azedunet.az